Paşinyan: "Putin məni İlham Əliyevlə tanış etdi"
15.06.2018
Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada Azərbaycan Prezidenti İlham Əliyevlə tanış olub.
"Dövran Media" xəbər verir ki, bunu N.Paşinyan "Facebook” profilində dərc etdiyi video müraciətində bildirib.
"Rusiya Prezidenti Vladimir Putin məni Azərbaycan Prezidenti İlham Əliyevlə tanış etdi", — Paşinyan deyib.
Onun sözlərinə görə, bu nəsə "tanışlıq mərasimi" kimi idi — heç bir ünsiyyət, danışıq, müzakirələr və ya başqa bir şey olmayıb.
Rusiya KİV-i isə yazıb ki, Nikol Paşinyan ikigünlük səfərlə Moskvada olub və birbaşa yayımdan sonra Yerevana uçuşa hazırlaşmağa başlayıb.