21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Kəndlərdə lokal karantin tədbirləri tətbiq ediləcək

03.06.2020

Bu həftə məhdudiyyətlərin tətbiq olunduğu ərazi klasterlər üzrə narıncı sahə, növbəti həftə isə bütün ölkə ola bilər.
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
Onun sözlərinə görə, məhdudiyyətlər böyük şəhərlərlə yanaşı, epidemioloji vəziyyətdən asılı olaraq bəzi kəndlərdə də tətbiq olunacaq, eyni zamanda, bütün rayon olmasa da, lokal olaraq yoluxma dərəcəsi yüksək olan kəndlərdə də həftə sonu karantin tədbirləri həyata keçiriləcək: "Bir necə gündür ki, bəzi kəndlərə giriş-çıxış dayandırılıb. Hətta kəndlər içərisində bəzi yaşayış sahəsinə gediş-gəliş məhdudlaşdırılıb. Həmin kəndlərdə müayinənin nəticəsi pozitiv çıxan şəxslər xəstəxanalara yerləşdirilib, müayinənin nəticəsi neqativ çıxanlar isə karantin rejimində saxlanılır”.