Gürcüstan daxili aviareysləri bərpa edir
03.06.2020
Gürcüstan hökuməti iyunun 15-dən etibarən ölkədaxili aviareyslərin bərpasına icazə verib.
İlk olaraq Tbilisi-Batumi, Nataxtari-Mestia, Nataxtari-Аmbrolauri istiqamətləri üzrə uçuşlar yerinə yetiriləcək.
Qeyd edək ki, Gürcüstanda iyulun 1-dən isə beynəlxalq uçuşların bərpası nəzərdə tutulub.
Gürcüstanın İqtisadiyyat naziri Natia Turnava bildirib ki, artıq 30-dan çox beynəlxalq aviareysin bərpası istiqamətində razılıq əldə olunub.
Qeyd edək ki, Gürcüstanda beynəlxalq müntəzəm aviareyslərə məhdudiyyətlər iyunun 30-dək qüvvədədir.