“Azəri-Çıraq-Günəşli” bu il ölkəyə 2,1 milyard dollar qazandırıb
03.06.2020
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ilin əvvəlindən iyunun 1-dək Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində 2 milyard 106 milyon ABŞ dolları gəlir əldə edib.
Bu barədə ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib.