Türk sualtı qayığı dənizdə tankeri belə məhv etdi + VİDEO
15.06.2018
Türkiyə hərbi dəniz qüvvələrinin Qara dənizdə keçirdiyi "müharibə oyunları” çərçivəsində hərbi dəniz donanmasına aid "Yıldıray” sualtı qayığı istismardan çıxarılmış tankeri məhv edib.
"Dövran Media" xəbər verir ki, qayıqdan hədəfə 533 millimetrlik torpeda buraxılıb. Zərbə tankerin ortasına tuş gəlib və nəticədə gəmi iki yerə parçalanaraq batıb.
"Yıldıray” 209 sualtı qayığı tipinə aiddir və səkkiz torpeda aparatı ilə təchiz olunub. Bu fəsilədən olan sualtı qayıqlar ilk dəfə Almaniyada 1971-ci ildə istehsal olunub və hazırda 14 ölkənin hərbi donanmasında yer alır.