Gürcüstan hərbi texnika və silah alır
03.06.2020
Gürcüstan müdafiə qüvvələrinin silah və hərbi texnikasını yeniləmək niyyətindədir. Bu məqsədlə cari ildə NATO standartlarına uyğun bir neçə yüz ədəd yeni hərbi texnika almağı planlaşdırırıq.
Bu barədə ölkənin Müdafiə naziri İrakli Qaribaşvili "Rustavi 2” televiziyasındakı çıxışı zamanı məlumat verib.
Nazir deyib ki, müdafiə qüvvələri ölkədə koronavirusun yayılmasının qarşısının alınmasına mühüm töhfə veriblər. Lakin proses zamanı bəzi texniki problemlər müəyyən edilib. Cari ildə əsas vəzifələrimizdən biri də köhnəlmiş hərbi texnikaları yeniləri ilə əvəzləməkdir.
"Biz NATO və Avropa standartlarına uyğun xüsusi texnika və avadanlıq almağa hazırlaşırıq. Ordumuz müasir texnika ilə vəzifələrinin öhdəsindən daha layiqincə gələcək”, - deyə İ.Qaribaşvili vurğulayıb.