Türkiyədən ABŞ-dakı hadisələrə - REAKSİYA
03.06.2020
Təəssüf ki, ABŞ-da irqçilik mövcuddur. Bu, qəbuledilməzdir.
Bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ölkə mətbuatına açıqlamasında deyib.
O bildirib ki, bu cinayətin vandalizmə çevrilməsi düzgün deyil və çox təhlükəlidir.
XİN rəhbəri eyni zamanda vurğulayıb ki, Antifa hərəkatı Suriyadakı türk əsgərinə silah uzatdığı zaman da ABŞ kimi müttəfiqlər eyni həssaslıq göstərməlidirlər.