Moskvadan Ankaraya inanılmaz TƏKLİF
03.06.2020
Türkiyənin milli qırıcı təyyarə (TF-X) hazırlamasına yardımçı ola bilərik.
Bu sözləri Rusiya Hərbi Texniki Əməkdaşlıq Federal Xidmətinin direktoru Dmitri Şuqayev deyib.
"Rusiyanın aviasiya texnikası ilə bağlı təcrübəsi nəzərə alındıqda, burada texnolji dəstək verəcəyimiz sahələr diqqət çəkir. Təyyarə mühərrikləri, idarəetmə, ekipaj heyəti, pilotların təhlükəsizliyi sistemi ilə bağlı təkliflər irəli sürə bilərik. Bu məsələlər müzakirə edildi”, - deyə Şuqayev bildirib.
O əlavə edib ki, Türkiyə TF-X qırıcılarını istehsal edib, dünyaya təqdim edəcəyi halda Su-57-yə rəqib olacaq.