Venesuelaya görə 4 şirkətə SANKSİYA
03.06.2020
ABŞ Maliyyə Nazirliyi Venesuelaya neft məhsulları tədarük edən dörd şirkətə qarşı sanksiya tətbiq edib.
bu məlumatı nazirliyin mətbuat xidməti yayıb. Sanksiyaların tətbiq olunduğu şirkətlərdən üçünün Marşal adaları, birinin isə Yunanıstanda qeydiyyatdan keçdiyi vurğulanıb.
Bu şirkətlərin istifadə etdikləri tankerlər də ABŞ sanksiyalarına məruz qalıb.