Rusiyadan S-400 açıqlaması
02.06.2020
Rusiya S-400 zenit raket kompleks sistemlərinin ikinci partiyasının tədarükü üçün Türkiyənin son qərarını gözləyir.
Bunu Rusiya Hərbi Texniki Əməkdaşlıq Federal Xidmətinin direktoru Dmitri Şuqayev deyib.
"COVİD-19-la bağlı məhdudiyyətləri nəzərə alsaq, ikinci partiyanın tədarükü ilə bağlı razılaşmanın nə vaxt imzalanacağını təxmin etmək düzgün olmaz. Yenə də məsələ ilə bağlı tərəflər arasındakı dialoqda xeyli irəliləyişlər var”, - D.Şuqayev bildirib.