Türkiyədə erkən seçki şoku- Kritik AŞIQLAMA
02.06.2020
"Türkiyədə 2023-cü ilin iyun ayına qədər seçkilər keçirilməyəcək”.
Bunu Türkiyənin Millətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı deyib.
MHP lideri yerli mediada erkən seçkilərin keçiriləcəyi ilə bağlı yayılan məlumatlara belə cavab verib:
"Parlament seçkiləri 2023-cü ilin iyun ayında keçiriləcək. Erkən seçki iddiaları tələdir, kirli niyyətdir, dibi uçurum olan bir oyundur. Türkiyədə bu tələyə düşəcək və oyuna girəcək ağılsız yoxdur”.