ABŞ onun başı üçün 5 milyon ayırdı
02.06.2020
ABŞ Dövlət Departamenti Venesuela kriptovalyutası olan petronun kuratoru Xoselita Ramires Kamaçonun başına mükafat qoyub.
Bu barədə bəyanatı ABŞ Dövlət katibi Mayk Pompeo yayıb.
O, Kamaçonun həbsinə yardım edə biləcək məlumat üçün ABŞ-ın 5 milyon dollar ödəyəcəyini deyib.
Pompeo bu şəxsin transmilli cinayətkarlıqda ittiham edildiyini söyləyib.