Murad Arifə vəzifə verildi - AÇIQLAMA
02.06.2020
Bəstəkar-müğənni Murad Arifə yüksək vəzifə verilib.
Sənətçinin "MTV Azərbaycan” telekanalının musiqi depertamentinin direktoru vəzifəsinə təyin edildiyi barədə məlumat dərc olunub.
Məsələ ilə bağlı əməkdaşı M.Ariflə əlaqə saxlayıb.
"Sözügedən kanalın musiqi direktoru vəzifəsini icra etmək üçün təklif almışam. Yaxın zamanda məsələ ilə bağlı mediaya geniş açıqlama verəcəyəm”.
O, həmçinin, "YouTube”da məşhurlaşmış "Popumuz var” layihəsinin "İctimai Televiziya”da yayımlanacağını bildirib:
"Bu layihəm iyun ayından "İctimai Televiziya”da efirə çıxacaq. İlk qonağım isə Xalq artisti Aygün Kazımova olacaq”.