Bu etiraz yox, terrorizmdir - Tramp
02.06.2020
ABŞ-da hazırkı kütləvi iğtişaşlar etiraz nümayişləri yox, terrorizm aktlarıdır.
Bunu ABŞ Prezidenti Donald Tramp deyib.
"Linkoln memorialı və II Dünya Müharibəsi memorialı vandalların hücumuna məruz qalıb. Bu, dinc etiraz aksiyaları deyil, bu, daxili terrorizm aktıdır. Günahsız insanların qətli insanlığa və Tanrıya qarşı cinayətdir”, – deyə o bildirib.
Tramp aksiyaların və soyğunların qarşısını almaq, amerikalıların haqlarını qorumaq üçün bütün federal resurslardan istifadə edəcəyini açıqlayıb.
Prezident onu da bildirib ki, əhalinin həyatı və əmlakını qorumaq üçün ordudan istifadə edib, problemi sürətli həll edəcək.
Bununla bərabər o, etirazçıları peşəkar anarxistlər, talançılar, cinayətkarlar adlandırmaqdan da çəkinməyib.