Ruslardan İlon Maska sui-qəsd PLANI
31.05.2020
"SpeysX” və "Tesla” şirkətlərinin qurucusu olan İlon Mask sui-qəsd təhdidi ilə üz-üzədir.
Maskın ailəsi onun ruslar tərəfindən sui-qəsdə uğramasından qorxur.
Belə ki, ABŞ-da tarixdə ilk dəfə özəl şirkət kosmosa insan yollamaq üçün raket göndərib. "SpaceX” Kennedi Kosmik Mərkəzindən "Crew Dragon” adlı kosmik gəmini 2 astronavtla birgə kosmosa yollayıb.
Kosmik gəmi artıq Beynəlxalq Kosmik Stansiyaya çatıb. Belə olan təqdirdə, NASA Rusiyaya astronavt başına ödədiyi 85 milyon dollarlıq xərcdən qurtulacaq. Çünki NASA 2011-ci ildən bəri insanlı uçuş layihəsini ləğv edib və astronavtları kosmik stansiyaya Rusiyaya aid "Soyuz” kosmik gəmiləri ilə göndərib.
Maskın ailəsi də məhz buna görə iş adamına ruslar tərəfindən zərər verilə biləcəyindən narahatdır.
Bu iddianın sahibi İlon Mask və şirkətləri haqqında kitab yazan Eşli Vansdır.