Ərdoğandan "İstanbulun işğalı" deyənlərə CAVAB
31.05.2020
Son günlər bəzi şəxslər fəthi işğal kimi təqdim etməyə çalışırlar.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun fəthinin ildönümündə bu tarixi hadisə haqda səsləndirilən neqativ fikirlər haqda deyib.
"Əcdadımız fəthi könüllərin qazanılması kimi qəbul edirdi. Fəth könülləri qazanmaqdır, amma öz kimliyini bilməyənlər belə şeyləri başa düşməzlər”, - Ərdoğan bildirib.
Qeyd edək ki, Türkiyədə zaman-zaman bəzi şəxslər İstanbulun fəthini (1453) işğal kimi təqdim etməyə cəhd göstərirlər.