İsrail bu ərazilərin ilhaqını gecikdirəcək
31.05.2020
İordan çayının qərb sahilində İsrailin suverenliyinin genişləndirilməsi bir neçə gün və ya bir həftə gecikə bilər.
Bu barədə İsrailin Su resursları naziri Zeev Elkin deyib.
"1 iyul suverenliyin genişləndirilməsi ilə bağlı birinci gündür. Amma bu tarix bir neçə gün və ya bir həftə geri çəkilə bilər”, - nazir bildirib.
Qeyd edək ki, mayın 25-də İsrail Baş naziri Benyamin Netanyahu İordan çayının qərb sahilində İsrailin suverenliyinin genişləndirilməsinin iyul ayında baş tutacağını bildirmişdi.