ABŞ bu ölkəyə ordu göndərir
30.05.2020
ABŞ Rusiyanın regionun işlərinə müdaxiləsinə cavab olaraq Tunisə dəstək komandası göndərə bilər.
Bu məlumatı ABŞ Silahlı Qüvvələrinin Afrika Komandanlığı paylaşıb.
"Rusiya Liviya konfliktinin məşəlini yandırmağa davam edir. Şimali Afrikanın regional təhlükəsizliyi daha çox narahat edir. Biz ümumi təhlükəsizlik təhdidlərinə cavab olaraq yeni imkanları tədqiq edirik”, – məlumatda bildirilib.