ABŞ-dan Çin alimlərinə SƏRT QADAĞA
30.05.2020
ABŞ Prezidenti Donald Tramp Çindən olan alimlərin ölkəyə gəlişini məhdudlaşdırıb.
Trampın imzaladığı sərəncamda çinli alimlərin ABŞ təhlükəsizliyinə təhdid yarada biləcəyi qeyd olunub.
Sənəddə Çinin yaxşı maliyyələşmiş kampaniya ilə ABŞ-ın əqli mülkiyyətini və məxfi texnoligiyalarını ələ keçirmək istədiyi vurğulanıb. Qadağanın həmçinin ABŞ-da tədqiqat aparan çinli aspirant və elmlər namizədlərinə də aid ediləcəyi qeyd edilib.
Qeyd edək ki, Tramp ötən gün ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə də bütün əlaqələrini dayandırıb.