Bu şəhərdə 2 milyon insan koronaya YOLUXUB
30.05.2020
Nyu Yorkda 2 milyondan çox insan koronavirusa yoluxmuş ola bilər.
Bu barədə Nyu York Səhiyyə Departamentinin araşdırmasında deyilib.
Araşdırmada bildirilib ki, real rəqəmlər rəsmi məlumatlardan 10 dəfə çox ola bilər. Belə ki, aparılan testlərin nəticələrinə görə, hər 7 nəfərdən biri koronavirusa yoluxub.
"Yoluxmuş insanların bəzilərində simptomlar büruzə verməyib, yüngül olub. Bəziləri ümumiyyətlə həkimə müraciət etməyib. Fevral-mart aylarında yetəri qədər testlər olmadığına görə xeyli insanın yoxlamadan keçməməsi mümkündür”, - deyə araşdırmada bildirilib.