ABŞ uyğurların qisasını alır Yeni QANUN
28.05.2020
ABŞ Nümayəndələr Palatası uyğurlar və digər etnik azlıqların təqibə məruz qalmasına görə Çin məmurlarına qarşı sanksiya tətbiq etməyə imkan verəcək qanun layihəsi qəbul edib.
Bu məlumatı "Hill” qəzeti yayıb.
"Bu gün biz mesaj göndəriri ki, biz uyğurların tərəfində dayanmışıq, məzlumlar üçün mübarizə aparırıq və bunları heç vaxt unutmayacağıq”, – deyə iclasda çıxışı zamanı demokrat konqresmen Bred Şerman deyib.
Qeyd edək ki, sənəd bundan öncə Senat tərəfindən yekdilliklə qəbul edildiyi üçün o, Donald Trampa göndəriləcək. Tramp sənədi imzalayarsa, o zaman qanun qüvvəyə minəcək.