03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Comolunqma dağının hündürlüyü nə qədərdir?

27.05.2020


Dünyanın ən uca nöqtəsi olan Comolunqma (Everest) zirvəsinin hündürlüyünü ölçən Çin missiyasının üzvləri mayın 27-də səhər saatlarında dağın zirvəsinə çatıblar.

Bu, zirvənin hündürlüyünü yenidən ölçülməsi missiyasının həlledici məqamlardan biri hesab olunur. Heyət 10 saatlıq istirahətdən sonra gecə saat 02:10-da dəniz səviyyəsindən 8300 metr hündürlükdə olan düşərgədən çıxaraq, saat 11 radələrində zirvəyə çatıblar. Heyət ölçmə prosesi üçün xüsusi geodeziya avadanlığını zirvədə quraşdırıb. Onların zirvəyə çatmaq planı pis hava şəraiti səbəbindən 2 dəfə təxirə salınmışdı.

Qeyd edək ki, Çin aprelin 30-da Comolunqma zirvəsinin hündürlüyünü yenidən ölçülməsi missiyasına start verib. Zirvənin ölçülməsi Çinin Təbii Ehtiyatlar Nazirliyinin, İdman Baş İdarəsinin və Tibet muxtar rayonu hökumətinin Comolunqma dağı ilə bağlı həyata keçirdiyi irimiqyaslı kompleks elmi tədqiqat layihəsinin bir hissədir. Çin ilə Nepalın sərhədində yerləşən dağın ölçməsini həyata keçirən missiyanın üzvləri yüksək ərazidə və soyuq iqlim şəraitində tədqiqat aparmaq üçün təlimlərdə iştirak ediblər. Çin Geodeziya və Kartoqrafiya Akademiyasının ekspertləri ölçmənin dəqiq yekunlaşdırılması üçün layihənin texniki əsaslandırılması və planlaşdırılmasında iştirak ediblər. Missiya Comolunqmanın hündürlüyünü ölçmək üçün qravimetrdən, qar dərniliyini müəyyən edən radardan və meteoroloji ölçü cihazından, habelə qlobal naviqasiya peyk sisteminin və 5G mobil rabitə şəbəkəsinin imkanlarından da istifadə edir.

Çin indiyədək Comolunqma zirvəsinin hündürlüyünü 6 dəfə ölçüb. İlk dəfə 1975-ci ildə həyata keçirilmiş ölçmə zamanı zirvənin hündürlüyü 8848 metr 13 santimetr, 2005-ci ildəki ölçmə zamanı isə 8844 metr 43 santimetr müəyyən edilmişdi. Everestin yenidən ölçülməsi zərurəti bəzi alimlərin 2015-ci ildə Nepalda baş verən güclü zəlzələ nəticəsində zirvənin hündürlüyünün azalması ehtimallarına görə yaranıb.