Putin qondarma rejimin liderini parada dəvət etdi
27.05.2020
Qondarma Abxaziya lideri Aslan Bjaniya Qələbə günü ilə əlaqədar təşkil edilən hərbi paradda iştirak üçün Moskvaya gedəcək.
Bu məlumatı qondarma Abxaziyanın mətbuat xidməti yayıb. Məlumata görə, qondarma rejimin liderini Moskvaya Rusiya Prezidenti Vladimi Putin dəvət edib.
Qeyd edək ki, Rusiya bundan öncə Qələbə günü ilə hərbi paradı iyunun 24-də keçirəcəyini açıqlamışdı.