Baş nazir karantinə alına bilər
27.05.2020
Yaponiya Baş naziri Şinzo Abe 2 həftəlik karantinə alına bilər.
G7 zirvəsinin videokonfrans vasitəsilə deyil, əvvəlcədən planlaşdırıldığı kimi ABŞ-da keçiriləcəyi ilə bağlı açıqlamalar Yaponiyada COVİD-19 tədbirlərini gündəmə gətirib.
Yaponiya hökumətinin zirvədə iştirakı ehtimalı olunan Ş.Abedən ölkəyə qayıtdıqdan sonra 2 həftə karantində qalmasını tələb edəcəyi bildirilir.
Belə olduqda Abenin Nazirlər Kabineti yanındakı rəsmi iqamətgahında karantində olacağı və işləri buradan idarə edəcəyi deyilir.