Siyasi rəqibi Trampa axmaq dedi
27.05.2020
ABŞ-da Demokrat Partiyasını təmsil edən prezidentliyə namizəd Co Bayden Donald Trampı axmaq adlandırıb.
O, bu barədə CNN-ə verdiyi müsahibəsində deyib.
Baydenin fikrincə, Tramp koronavirus pandemiyasının fonunda yalançı kişilik nümayiş etdirir.
O, bunu Trampın "Anım Günü” mərasimində maskasız görünməsi ilə izah edib.
Həmin mərasimdə Bayden maska və eynək taxıb.
"O, əsl axmaqdır... Prezidentlər ölkəyə rəhbərlik etməli, axmaqlıqla məşğul olmamalı və yalançı kişilik göstərməməlidir. Bu, insanların həyatı bahasına başa gəlir”, - deyə Bayden bildirib.