İspan klubuna 2-ci türk
14.06.2018
İspaniyanın "Selta" klubu Türkiyənin "Trabzonspor" komandasının futbolçusu Okay Yokuşlunu heyətinə qatıb.
"Dövran Media" xəbər verir ki, Viqo təmsilçisi 24 yaşlı yarımmüdafiəçi ilə 4 illik razılıq əldə edib. Oyunçu artıq İspaniya klubunda tibbi müayinədən də keçib. "Selta"nın bu transfer üçün "Trabzonspor"a 6 milyon avro ödəyəcəyi deyilir.
Qeyd edək ki, Okay Yokuşlu 2015-ci ildən "Trabzonspor"da çıxış edir. O, həmçinin Türkiyə millisinin üzvüdür.
Xatırladaq ki, Türkiyə millisinin digər üzvü Emre Morda "Selta"da çıxış edir.