NATO Rusiya ilə RAZILAŞMADI
26.05.2020
Rusiya və NATO koronavirus pandemiyası zamanı hərbi təlimlərin təxirə salınmasında razılığa gələ bilməyib.
Bu barədə "Kommersant” qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, təlimlərin təxirə salınması ilə bağlı Rusiya Xarici İşlər naziri Sergey Lavrov Brüsselə məktub göndərib. Rusiya təlimlərdən imtina edilməsinin konstruktiv və pozitiv addım ola biləcəyini qeyd edib.
Bundan başqa, məktubda Moskvanın NATO ölkələri ilə sərhəddə hərbi aktivliyi azaltdığı da qeyd olunub.
Rusiyanın məktubuna NATO baş katibi Yens Stoltenberq cavab verib. Baş katib cavabında NATO-nun fəallığının müdafiə xarakteri daşıdığı və bunun Rusiyanın Şərqi Avropadakı fəaliyyəti ilə əlaqəli olduğunu deyib.