Kondisionerlər virus yayır? - AÇIQLAMA
26.05.2020
İspaniyalı alimlər koronavirusun kondisioner sistemləri vasitəsilə yayılması barədə yayılan iddiaların doğru olmadığını bildirib.
Bu barədə məlumatı "Redakion" yayıb. Məlumata görə, alimlər kondisionerlə virusun yayılma riskinin çox aşağı olduğunu bildirib.
Mütəxəssislər hesab edirlər ki, kondisioner sistemlərinin əksəriyyəti bütün lazımi şərtlərə uyğundur və bu, infeksiyanın yayılma riskini minimuma endirir.
Tədqiqatçılar, həmçinin, virusun kondisioner sistemində çoxalması barədə fərziyyələrin də doğru olmadığını bildirərək, bu prosesin insan hüceyrəsinə daxil olmadan reallaşmadığını qeyd edib.