Mariya-Antuanettanın əşyaları hərracda satıldı - FOTO
25.05.2020
Fransa kraliçası Mariya-Antuanettaya məxsus sandıq və salfet hərracda 60 000 avroya satılıb.
Bu barədə AFP məlumat yayıb.
Hərrac mayın 24-də Versalda keçirilib. Kraliçanın zanbaq və qızılgül naxışları olan ağ rəngli salfeti 14 500 avroya alıcı tapıb. Sözügedən əşyanın ilkin qiyməti isə 3 min avro müəyyən edilmişdi.
Mariya-Antuanettanın sandığı isə 43 750 avroya satılıb. Bu əşyanın da ilkin qiyməti olaraq 10 min avro elan olunmuşdu.
Qeyd edək ki, Mariya-Antuanetta (1755-1793) Fransa kralı XVI Lüdovikin həyat yoldaşı olub. Milli Konvent tərəfindən edam cəzasına məhkum edilib və gilyotində boynu vurulub.