Rusiya və Suriya birgə təlim keçiriblər
25.05.2020
Rusiya və Suriya hərbçiləri Tartus limanında birgə hərbi təlim keçiriblər.
Bunu Rusiyanın Tartusdakı bazasının rəhbəri Vyaçeslav Rodionov deyib.
Təlimdə əsas məqsədin Tartusun terrorçu diversantlardan müdafiəsini yüksəltməkdən ibarət olduğu vurğulanıb. Rusiyanın təlimə hərbi polislə bərabər Suriya Hərbi Dəniz Qüvvələrinin raket katerlərini də cəlb etdiyi qeyd olunub.