Moldova prezidenti Rusiyaya "Ekonom-klass"da UÇDU
14.06.2018
Moldova prezidenti İqor Dodon Rusiyaya ekonom klassda gedib
"Dövran Media” bu barədə Zelv.ruya istinadən xəbər verir. "Özüm, öz hesabıma ekonom klassda gəlmişəm”- deyə, Moldova prezidenti bu barədə öz facebook səhifəsində yazıb. Çempionatdan əvvəl də o, oğlanlarının biri ilə gedəcəyini bildirmişdi. Xatırladaq ki, Dodon Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə 2018-ci il futbol üzrə dünya çempionatının acılış mərasimində iştirak etmək üçün gedib. Bundan əlavə Moldovanın prezidenti rusiyalı həmkarı ilə də görüşəcəyini, həmçinin Moskva və Bütün Rusiyanın Patriarxı Kirillə də görüşmək arzusunda olduğunu da bildirib. O, sosial şəbəkədə çempionata gündəlik uçuş edən Kişinyov- Moskva reysi ilə gəldiyini söyləyib.