21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

127 yoluxma, 3 ölüm - Azərbaycanda

23.05.2020

Azərbaycanda 127 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 107 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1948, 1952 və 1982-ci il təvəllüdlü üç nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 3 982 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2 506 nəfər müalicə olunaraq sağalıb, 49 nəfər vəfat edib, 1 427 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 44 nəfərin vəziyyəti ağır, 57 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 265 067 test aparılıb.