Türkiyədə koronovirusa yoluxan vətəndaşlarımızın müalicəsi uğurlu olub
23.05.2020
Türkiyədə yeni növ koronavirusa (COVID-19) yoluxan vətəndaşlarımızla intensiv əlaqə saxlanılır.
Azərbaycanın Ankaradakı Səfirliyindən verilən məlumata görə, indiyədək Türkiyədə 28 vətəndaşımız infeksiyaya yoluxub. Bu günədək həmin xəstələrdən beşi vəfat edib. İnfeksiyaya yoluxan vətəndaşlarımızın əksəriyyətinin müalicəsi uğurlu olub. COVID-19 ilə bağlı səfirliyə vətəndaşlarımız barədə daxil olan bütün məlumatlar qeydə alınır. Lakin bütün yoluxan vətəndaşlarımız bu barədə Səfirliyə məlumat vermirlər və Türkiyənin rəsmi