Çaydan 57 pasport tapıldı: İmişlidə
14.06.2018
İmişlidə çaydan çoxlu sayda ümumvətəndaşlıq pasportu tapılıb.
"Dövran Media" xəbər verir ki, İmişli rayonunun Sarıxanlı kəndində yeniyetmələr Araz çayının qolu olan Boztəpə çayında çimərkən sellofan torba tapıblar. Uşaqların valideynləri tərəfindən hüquq-mühafizə orqanlarına təhvil verilən torbada Azərbaycan vətəndaşlarına məxsus 57 ədəd ümumvətəndaş pasportları aşkar edilib.
Pasportların Şəki, Zaqatala və Balakən sakinlərinə məxsus olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır