NATO-dan ABŞ-a ÇAĞIRIŞ
23.05.2020
NATO üzvlərinin hamısı alyans səfirlərinin təcili iclasında ABŞ-ı Açıq Səma Razılaşmasından çıxmamağa səsləyiblər.
Bu məlumatı AMNA agentliyi diplomatik mənbələrinə istinadən yayıb.
"Qərb ölkələri açıq səma haqqında beynəlxalq razılaşmanın xilası üçün səfərbər olurlar. NATO-ya üzv ölkələrin səfirləri bu məsələ ilə bağlı təcili qaydada görüşüblər. Diplomatik mənbənin sözlərinə görə, bütün müttəfqlər ABŞ-ı razılaşmada qalmağa çağırıb”, - deyə agentlik bildirib.