Məmmədyarovla Lavrov telefonla danışıblar
23.05.2020
Mayın 22-də Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov ilə telefon söhbəti baş tutub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, nazirlər mövcud qlobal pandemiya ilə mübarizə çərçivəsində ölkələr tərəfindən görülən tədbirlər barədə fikir mübadiləsi aparıblar.
Çoxtərəfli platformalarda əməkdaşlıq, xüsusilə də MDB çərçivəsində gündəlikdə olan aktual məsələlər nazirlər tərəfindən müzakirə edilib.
Ümumdünya Səhiyyə Təşkilatının Cenevrədə onlayn formatda keçirilən və əsasən koronavirus pandemiyası ilə mübarizə məsələsinin müzakirə olunduğu iclası üzrə ümumi fikir mübadiləsi aparılıb.