ABŞ və Türkiyə arasında KRİTİK müzakirə
22.05.2020
Türkiyə Prezidentinin sözçüsü İbrahim Qalınla ABŞ-ın Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Robert Obrayen arasında telefon danışığı olub.
Rəsmilər ikitərəfli münasibətləri, yeni tip koronavirusla mübarizə, NATO həmrəyliyi, regional məsələlər, Suriya və Liviyadakı prosesləri müzakirə edib.
Eyni zamanda, Liviyada Milli Razılıq Hökumətinə dəstək verilməsi və qiyamçı Xəlifə Haftarın qeyri-qanuni hücumlarının dayandırılmasının vacibliyi barədə fikir mübadiləsi aparılıb.
Suriya böhranının həllini tapmaq və terrorun bütün formalarına qarşı mübarizə üçün daha çox əməkdaşlıqla bağlı razılıq əldə olunub.
Həmçinin, NATO həmrəyliyinin əhəmiyyəti vurğulanıb.