Həkimlər etiraz nümayişi keçirib
22.05.2020
Parisdə COVID-19 pandemiyası ilə əlaqədar 10 nəfərdən çox toplaşmağa qadağa qoyulmasına baxmayaraq, Robert-Debre xəstəxanası qarşısında yüzlərlə insan, eləcə də ağ xalatlı tibb işçiləri və sarı jiletlər nümayiş ediblər.
Nümayişçilər xəstəxanalar üçün "çarpayılar” və "dövlət xəstəxanaları üçün maliyyə” tələb ediblər. Onlar "xəstəxana qəzəbi təcrid olaraq qalmayacaq”, "hamımız səhiyyəmiz üçün birləşirik” şüarlarını səsləndiriblər.