Nazir son görüşünü keçirdi
22.05.2020
Mayın 21-də Mədəniyyət naziri vəzifəsindən azad olunan Əbülfəs Qarayev kollektivlə vidalaşıb.
Dövran Media Report-a istinadla xəbər verir ki, o, nazirliyin şöbə müdirləri və bəzi əməkdaşları ilə vida görüşü keçirib.
Sabiq nazir bütün kollektivi bir araya toplamağa ehtiyac görməyib.
Ə.Qarayev birlikdə işlədikləri dövrdəki fəaliyyətlərinə görə əməkdaşlara minnətdarlığını çatdırıb, onlara gələcək işlərində uğurlar arzulayıb.