Kamran Əliyevdən növbəti TƏYİNAT
21.05.2020
Baş prokuror Kamran Əliyevin imzaladığı əmrlə Natiq Hüseynov Baş Prokurorluğun Hüquqi təminat idarəsinin rəisi vəzifəsindən azad edilərək ona Baş Prokurorluğun Kadrlar İdarəsinin rəisi vəzifəsinin icrası tapşırılıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Natiq Hüseynov 2007-ci ildən prokurorluq orqanlarında işləyir.
1998-2007-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatı və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində məsul vəzifələrdə, 2008-ci ildən Baş Prokurorluğun Hüquqi təminat idarəsinin rəisi vəzifəsində çalışıb.