Rusiya pik nöqtəni keçib
21.05.2020
Ötən gün Rusiyada 8 min 849 nəfərdə koronavirus infeksiyası aşkar edilib.
Gün ərzində 127 xəstə vəfat edib, 7289 nəfər sağalıb. Yoluxanların 2913 nəfəri Moskva sakinidir.
Beləliklə, Rusiyada infeksiyaya yoluxanların ümumi sayı 317 min 554 nəfərə çatıb, indiyədək bu xəstəlikdən 92 min 681 nəfər sağalıb, 3099 xəstə vəfat edib.
Virusoloq, tibb elmləri namizədi, professor Anatoli Altşteyn bildirib ki, Rusiyada koronavirus epidemiyasının yayılmasının pik nöqtəsi arxada qalıb. O deyib ki, mayın 1-dən yeni yoluxmaların sayı eyni səviyyədə qalıb. Son bir neçə gündə isə azalma müşahidə olunur. Yoluxma sayı getdikcə azalacaq.