Federiko Kyeza qərarını verdi
21.05.2020
İtaliyanın "Fiorentina” klubunun futbolçusu Federiko Kyeza barəsində yayılan transfer xəbərləri ilə bağlı yekun qərarını verib.
İtaliyalı yarımmüdafiəçi müqaviləsinin sonuna qədər "Fiorentina”da qalmaq istədiyini açıqlayıb. İyirmi iki yaşlı futbolçunun bu klubla müqaviləsi 2021-ci ilə qədər qüvvədədir.
Qeyd edək ki, F.Kyeza ilə "İnter” və "Yuventus”la yanaşı, İngiltərə Premyer Liqasında çıxış edən bir sıra klublar da maraqlanır.