Şahmat üzrə çempionat davam edir
21.05.2020
Şahmatın rapid növü üzrə onlayn Avropa çempionatı davam edir.
Mayın 21-də qitə çempionatının C qrupunun seçmə mərhələsi keçiriləcək. Bu qrupda Azərbaycanı 14 şahmatçı təmsil edir. Ümumilikdə isə Avropa ölkələrindən 800-ə yaxın şahmatçı C qrupunda (reytinqi 2000-ə qədər olan şahmatçılar) mübarizə aparacaq.
Qeyd edək ki, çempionatın A qrupunda mübarizə aparan şahmatçımız Gülsənəm Ağayeva qızların yarışında qızıl medala sahib olub.