Almanlar amerikalını necə aldadıb? - 800 milyonluq FIRILDAQ
21.05.2020
Almaniyanın paslanmaz polad istehsalçısı "Vilhelm Şults” şirkətinin keçmiş rəhbərliyi böyük fırıldaqçılıqda şübhəli bilinir.
Bu məlumatı "Financial Standard” qəzeti yayıb. Məlumata görə, şirkət rəhbərliyinin qurbanlarından biri amerikalı məşhur milyarder Uorren Baffet olub.
Qəzetin məlumatına görə, bir neçə əvvəl şirkətin sahibləri kompaniyanın maliyyə vəziyyəti barədə sənədləri fotoşop vasitəsilə saxtalaşdırıb. 2017-ci ildə isə məhz bu sənədlər vasitəsilə Baffetin "Berffhire Hathaway Inc” şirkəti "Vilhelm Şultz”u 800 milyon avroya əldə edib. Bundan sonra Baffetin şirkətinə sənədlərin və hesabatların saxtalaşdırılmasına dair anonim məlumatlar daxil olmağa başlayıb. Aparılan araşdırmalardan müəyyən olunub ki, Baffet çiçəklənən şirkət yerinə, bankrot ərəfəsində olan kompaniya alıb.
Nyu York Arbitraj Məhkəməsi artıq alman şirkətinin 157 milyon avrodan baha olmadığını müəyyən edib və şirkətin keçmiş sahiblərinin Baffetə 643 milyon avro kompensasiya ödəmələrinə dair qərar qəbul edib.