Türkiyəlilərin viza məsələsi ilə bağlı QƏRAR
20.05.2020
Azərbaycana səfər etmək istəyən Türkiyə vətəndaşları üçün viza tələbi 30 gündən 90 günə qaldırılması təklif edilir.
Bununla bağlı Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında müzakirə olunub.
Dəyişikliklə Azərbaycana 90 günədək müddətə səfər etmək istəyən Türkiyə Respublikasının etibarlı ümumvətəndaş pasportuna malik vətəndaşları üçün viza tələbi ləğv edilir.
Hazırkı qanunvericilikdə isə bu müddət 30 gündür.