Borcu olmayan tələbələrə ŞAD XƏBƏR
20.05.2020
Tələbinin imtahan sessiyasında bir və bir neçə fəndən kəsri yaranarsa, həmin tələbənin təkrar imtahan verməsi üçün şərait yaradılacaq.
Bunu Təhsil Nazirliyinin sektor müdiri Yaşar Ömərov Nazirlər Kabinetinin "Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə" Qərarı ilə bağlı təşkil edilən video-konfransında deyib. O bildirib ki, əvvəllər növbəti semester başlayana qədər maksimum iki fəndən imtahanda iştirak etmək imkanı verilirdirsə, yeni qərara əsasən bu məhdudiyyət aradan qaldırılıb:
"İndi bir neçə fəndən akademik borcu olan tələbələrə ödənişsiz olaraq təkrar imtahan şansı veriləcək. Hətta 6 fəndən akademik borcu varsa, o, ödənişsiz şəkildə imtahan verə bilər. Əvvəl 25 faiz ödəniş edilməli idi. İndiki dəyişikliyə görə, bu məhdudiyyət aradan qaldırılıb, tələbənin neçə fəndən kəsiri varsa, imtahanda iştirak edəcək. Tələbənin əvvəlki kurslardan kəsiri qalıbsa, o, maksimum 2 fəndən imtahanda iştirak edə biləcək. Dəyişiklik cari imtahan sessiyasında akademik borcu yaranan tələbələrə aiddir".
O həmçinin bildirib ki, Nazirlər Kabinetinin qərarına əsasən, əgər tələbə tədris planını tamamlayıbsa və akademik borcu yoxdursa, attestasiyadan keçmiş sayılacaq.