Daha 188 vətəndaşımız təxliyə edildi
19.05.2020
Bu gün Azərbaycanın milli aviadaşıyıcısı tərəfindən Berlindən Bakıya çarter reysi yerinə yetirilib.
"Azərbaycan Hava Yolları" QSC-dən verilən məlumata görə, həmin reyslə 188 Azərbaycan vətəndaşı çatdırılıb.
Azərbzycana gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.
Qeyd edək ki, həmyerlilərimizin vətənə çatdırılması üçün çarter reysləri AZAL tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.