21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Bu qadağa hələ də qüvvədədir - RƏSMİ

19.05.2020

"Xüsusi karantin rejimi yumşaldılsa da, dörd şəhər və bir rayona giriş hələ də qadağandır”.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib:
"Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşerondakı postlar ləğv edilsə də, sözügedən şəhərlərin və rayonun inzibati ərazisinin sərhədlərində yerləşən polis postları fəaliyyətini davam etdirir. Bəzi insanlar karantin rejiminin yumşaldılması ilə bağlı verilən qərarları düzgün başa düşmür və istənilən istiqamətə gediş-gəlişin sərbəst olduğunu zənn edirlər.
Bildirirəm ki, Bakı, Sumqayıt, Gəncə, Lənkərandan, eləcə də Abşerondan respublikanın digər şəhər və rayonlarına gedişə icazə verilmir. Eləcə də, digər rayon və şəhərlərdən adıçəkilən ərazilərə qoyulan giriş qadağası xüsusi karantin rejimi bitənə qədər qüvvəsində qalacaq. Bəzən yaşlı nəslin nümayəndələri bu məqamlara diqqət etmirlər. Xahiş edirik ki, hər kəs karantin rejimi bitənə qədər tətbiq edilən qaydalara riayət etsin”.
Qeyd edək ki, karantin rejimi dövründə respublikanın digər şəhər və rayonlarına gediş-gəlişlə bağlı ilk gündən tətbiq edilən istisna hallar qüvvədədir.