Eks-prezident qətldə iştirakda ittiham edilir
19.05.2020
Qırğızıstanın Baş Prokurorluğu eks-prezident Almazbek Atambayevi qətldə iştirakda ittiham edib.
Bu məlumatı Baş Prokurorluq yayıb.
Baş Prokurorluq Atambayevin iqamətgahına hücum zamanı xüsusi təyinatlılardan birinin öldürülməsində istifadə edilən SVD snayper tüfənginin eks-prezidentə məxsus olduğunu açıqlayıb.
Qeyd edək ki, 2019-cu ilin avqustunda dindirilməyə götürülən zaman Atambayev tərəfdarları ilə birgə hüquq-mühafizə orqanlarına müqavimət göstərib. Nəticədə 225 nəfər yaralanıb ki, bunun da 131 nəfəri hərbçi olub.