21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Almaniyada yaşayan azərbaycanlıların SAYI - HESABAT

19.05.2020

Milli Məclisin iclasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun illik məlumatı (2019-cu il üzrə) müzakirə edilib. 
Müzakirələrdən sonra İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator, Daxili İşlər nazirinin birinci müavini Seyfulla Əzimov deputatların təkliflərini dinləyib, suallarına aydınlıq gətirib. 
O bildirib ki, "Reklam haqqında” qanuna əsasən, təhsil ocaqlarının qarşısında tütün məmulatlarının və spirtli içkilərin satışı qadağandır. S.Əzimov qeyd edib ki, bunun qarşısının alınması üçün qanuni addımlar atılacaq. 
Qeyd edək ki, bununla bağlı məsələni parlamentdə deputat Qüdrət Həsənquliyev qaldırıb. 
Deputat Siyavuş Novruzov isə iclasda Azərbaycanda bəzi siyasi partiya rəhbərlərinin miqrant alveri ilə məşğul olduğunu deyib. 
S.Əzimov cavab olaraq Almaniyada dörd min azərbaycanlının qeyri-qanuni yaşadığını bildirib. 
Sonra İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun illik məlumatı səsə qoyularaq qəbul edilib.